"MLS liqası böyük gələcək vəd edir"

10:26 - 5 İyul 2023

"Los-Anceles Qalaksi"nin yarımmüdafiəçisi Riki Puç Lionel Messi və Serxio Busketsin MLS-də oynayacağı barədə danışıb.

Sportal.az xəbər verir ki, "AS"a danışan sabiq "Barselona"lı bunları deyib:

"Düşünürəm ki, MLS liqası böyük gələcək vəd edir. Messi və Buskets də gəldi. Onların bu liqaya verəcəkləri çox şey var. Bura böyük karyeranı tamamlamaq üçün maraqlı yerdir. Mən onların adına çox xoşbəxtəm. Ən çox bəyəndiyim odur ki, çempionat yüksək səviyyəyə malikdir, çünki bütün komandalar bir-birinə qalib gəlməyi bacarır. Böyük rəqabətin olduğu liqadır".

Messi və Buskets "İnter Mayami"yə keçib. Adıçəkilən klub 19 turdan sonra 16 xalla MLS turnirinin sonuncu pilləsində qərarlaşıb. 23 yaşlı yarımmüdafiəçi “Barselona” yetirməsidir və 2022-ci ildə ABŞ klubuna keçib.

Xəbər xətti