Azərbaycanı tərk etdi, Premyer Liqada oynayacaq

11:01 - 5 İyul 2023

"Səbail"in yollarını ayırdığı Petro Stasyukun ölkəsinə qayıdıb.

Sportal.az xəbər verir ki, ukraynalı "LNZ Çerkassı" ilə anlaşıb.

28 yaşlı müdafiəçi Ukrayna Premyer Liqasının təmsilçisi ilə bir illik müqaviləyə qol çəkib.

Xatırladaq ki, ötən mövsümü birinci divizionda keçirmiş "LNZ Çerkassı" pley-off görüşlərində "İnqulets"i üstələyərək yeni sezondan yüksək liqada oynamağa haqq qazanıb.

 

Xəbər xətti