Türkiyə millisinin üzvü "İnter"ə doğru

13:17 - 5 İyul 2023

"İnter" "Atalanta" və Türkiyə millisinin müdafiəçisi Merih Demirala ciddi maraq göstərir.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 25 yaşlı türk futbolçu bu yay "neradzurra"nın əsas transfer hədəfidir.

Dəmiral Milan təmsilçisinin rəhbərliyinin istədiyi oyunçudur. Onlar türkiyəlini "İnter"in mərkəz müdafiəsini gücləndirə biləcək potensialda oyunçu kimi görülür. 

Demiral ötən mövsüm "Atalanta"nın heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 1 qol vurub.

Xəbər xətti