Türkiyənin "Beşiktaş" klubu qapıçı Emre Bilgini icarəyə verib.
Sportal.az xəbər verir ki, 19 yaşlı qolkiper "Fatih Karagümrük"ə keçib. Bu barədə "qara qartallar"ın mətbuat xidməti məlumat yayıb. Gənc qapıçı 2023/24 mövsümünü icarə əsasında "Fatih Karagümrük"də keçirəcək.
Qeyd edək ki, Emre Bilgin "Beşiktaş"ın yetirməsidir. O, başa çatan mövsümdə komandanın heyətində iki Super Liqa matçında meydana çıxıb.
saytlarin hazirlanmasi