Cəbəllütariq “Linkoln” klubu Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Qarabağ”a qarşı oyunları üçün sifariş ərizəsini UEFA-ya göndərib.
Sportal.az xəbər verir ki, Cəbəllütariq çempionunun baş məşqçisi Xavi Munoz siyahıya 22 futbolçu daxil edib.
Qapıçılar: Deyl Koulinq, İvan Villanueva, Nauset Santana
Müdafiəçilər: Roy Cipolina, Bernardo Lopes, İtan Britto, İbrahim Ayyu, Con Serjant, Xesus Toskano
Yarımmüdafiəçilər: Xuampe, Qrem Torilya, Marko Rosa, Cumani Burnet, Armando Pena, Liam Uolker, Mustafa Yahaya, Samson Adjayi
Hücumçular: Kike Qomez, Nano, Li Kaşaro, Xuan Penya, Santi Luke
Xatırladaq ki, “Linkoln” – “Qarabağ” oyunu iyulun 11-də Cəbəllütariqdəki “Viktoriya” stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.
saytlarin hazirlanmasi