"Qalatasaray" "Liverpul"un legioneri üçün hərəkətə keçdi

15:49 - 10 İyul 2023

"Qalatasaray" "Liverpul"un yarımmüdafiəçisi Tiaqo Alkantaraya təklif göndərib.

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin rəhbərliyi 32 yaşlı yarımmüdafiəçiyə cəlbedici təklif edib və müqavilənin şərtlərini müəyyən etmək üçün "Liverpul"la ilkin danışıqlar aparıb.

Alkantaranın Mersisayd təmsilçisi ilə hazırkı müqaviləsi gələn yaya qədərdir. İspaniyalı artıq Səudiyyə Ərəbistanı klubundan gələn təklifi geri çevirib. O, 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında "Liverpul"un heyətində 18 matçda iştirak etsə də, qol vura bilməyib. Alkantara 2020-ci ildə "Bavariya" “Liverpul”a keçmişdi.

Xəbər xətti