"Beşiktaş"dan Superliqanın digər klubuna

11:09 - 11 İyul 2023

"Beşiktaş"dan ayrılan Velinton Türkiyəni tərk etməyib.

Sportal.az xəbər verir ki, o, Türkiyə Super Liqasına yeni vəsiqə qazanan "Pendikspor"la anlaşıb.

İstanbul təmsilçisi buna görə hər hansı təzminat ödəməyib. Çünki 34 yaşlı futbolçu "Beşiktaş"dan ayrıldıqdan sonra azad agent statusuna yiyələnib. Braziliyalı ilə 1 illik müqavilə imzalanıb.

Adıçəkilən futbolçu karyerası ərzində “Alanyaspor”, “Flamenqo”, “Koritiba”, “Əl-Xor”, “Umm Salal” və “Alaniya" komandalarında oynayıb.

Xəbər xətti