Sabiq "Qalatasaray"lı Türkiyədə işləyə bilər

17:16 - 11 İyul 2023

"Qalatasaray"ın sabiq futbolçusu və məşqçisi Albert Riera yenidən Türkiyədə çalışa bilər.

Sportal.az xəbər verir ki, "Fatih Karagümrük" ispan mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir. Artıq tərəflər arasında görüş baş tutub. İstanbul təmsilçisi Riera ilə danışıqları davam etdirir.

Qeyd edək ki, Albert Riera son olaraq Sloveniyanın "Olimpiya" klubunu çalışdırıb. Lyublyana təmsilçisi 41 yaşlı məşqçinin rəhbərliyi altında ölkə çempionluğunu qazanıb.

Xəbər xətti