Dünən Çempionlar Liqasında birinci təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, "Qarabağ" "Linkoln"a çətinliklə qalib gəlib. Ağdam təmsilçisinin potensial rəqibləri "Rakuv" və "Flora" isə Polşada üz-üzə gəlib. Gözlənilməz nəticələrdən biri "Ferentsvaroş"un "Klaksvik"i məğlub edə bilməməsi olub.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
"Urartu" (Ermənistan) - "Jrinski Mostar" (Bosniya və Herseqovina) 0:1
"Linkoln" (Cəbəllütariq) - "Qarabağ" (Azərbaycan) 1:2
"Jalqiris" (Litva) - "Struqa" (Şimali Makedoniya) 0:0
"Hamrun" (Malta) - "Makkabi" (Hayfa, İsrail) 0:4
"Olimpiya" (Sloveniya) - "Valmiera" (Latviya) 2:1
"Rakuv" (Polşa) - "Flora" (Estoniya) 1:0
"Ballkani" (Kosovo) - "Ludoqorets" (Bolqarıstan) 2:0
"Klaksvik" (Farer adaları) - "Ferentsvaroş" (Macarıstan) 0:0
"Partizani" (Albaniya) - BATE (Belarus) 1:1
"Şemrok Rovers" (İrlandiya) - "Breydablik" (İslandiya) 0:1