Türkiyənin "Fənərbaxça" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Mbvana Samatta ilə yollarını ayırıb. Tanzaniyalı hücumçunun 2024-cü ilin yayında bitməli olan müqaviləsinə vaxtından əvvəl xitam verilib.
Samattanın yeni klub da bəllidir. Təcrübəli futbolçu yaxın günlərdə PAOK-la sözləşmə imzalayacaq.
Qeyd edək ki, "Fənərbaxça" Mbvana Samattanı 2020-ci ilin yayında "Aston Villa"dan 6 milyon avroya transfer etmişdi. 31 yaşlı forvard son mövsümü icarə əsasında "Genk"də keçirib.
saytlarin hazirlanmasi