Azərbaycanın U-21 yığma komandasının sabiq üzvü, bir neçə gün əvvəl “Obolon”la anlaşan Dmitri Nağıyev klubun rəsmi saytına danışıb.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu yeni komandasına keçidini şərh edib:
"İlk təəssüratım müsbətdir. Komanda ilə ilk məşqimi səbirsizliklə gözləyirəm. Bəzi oyunçuları yaxşı tanıyıram, ona görə də uyğunlaşmaq problem yaratmamalıdır. Ümid edirəm ki, komandaya mövsüm üçün hədəflərində kömək edə biləcəm. Ən azı əlimdən gələni edəcəm. Təəssüf ki, yeni qoşulduğum üçün ilk toplanışı buraxdım. Çempionatın başlamasına çox az vaxt qalıb, amma düşünürəm ki, birinci dövrəyə tez və keyfiyyətli hazırlaşmaq üçün vaxtım olacaq. Mövsümün planları məşq prosesindən və matçlardan həzz almaqdır. Həm də təbii ki, komandaya məqsədlərinə çatmaqda kömək etməyə çalışacam".