Azərbaycanlı müdafiəçi Polşa klubu ilə anlaşdı

10:13 - 14 İyul 2023

Azərbaycanın U-19 və U-21 yığmasının sabiq futbolçusu Ricat Qarayev özünə yeni komanda tapıb.

Sportal.az saytına verilən məlumata görə, müdafiəçi Polşa üçüncü liqasında yarışan "Flota" klubu ilə anlaşıb.

Qarayev yaxın günlərdə adıçəkilən klubla rəsmi müqavilə imzalayacaq.

Futbolçunun son klubu Polşa dördüncü liqasında yarışan "Şeçinek" klubu idi.

Xəbər xətti