İtaliya millisinin və "Roma"nın müdafiəçisi Leonardo Spinazzola da Səudiyyə Ərəbistanının yolunu tutub.

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki,“Əl-Şabab” italiyalını heyətinə qatacaq.

Artıq Səudiyyə Ərəbistanı klubu ilə artıq futbolçunun agentləri ilkin razılıq əldə edib.

Spinazzola üç illik müqavilə imzalayacaq. 30 yaşlı futbolçu “Yuventus”, “Empoli”, “Atalanta”, “Peruca” klublarının formasını geyinib.