"Fənərbaxça" İtaliya klubundan müdafiəçi alacaq

14:47 - 14 İyul 2023

"Fənərbaxça" "Udineze"nin müdafiəçisi Rodriqo Bekao transfer edəcək.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi 27 yaşlı futbolçu üçün 10 milyon avro ödəyəcək. 

Udine təmsilçisi ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədər qüvvədə olan braziliyalı özü "Fənər"lə artıq razılığa gəlib. 

Bekao 2022/2023 mövsümündə 28 matça çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Xəbər xətti