"Bavariya" və "Mançester Yunayted" mərakeşli üçün 35 milyon verməyə hazırdır

15:17 - 14 İyul 2023

"Fiorentina"nın yarımmüdafiəçisi Sofian Amrabat komandanı tərk etməyə hazırlaşır.

Sportal.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "bənövşəyilər" mərakeşlini 30-35 milyon avroya satmaq istəyirlər.

Onun xidmətində isə "Barselona", "Mançester Yunayted" və "Bavariya"da maraqlıdır. Amma Amrabat özü karyerasını başqa komandalarda davam etdirmək istəmir.

2022/2023 mövsümündə mərakeşli “Fiorentina” üçün 1 məhsuldar ötürmə etdiyi bütün turnirlərdə 49 oyun keçirib. Futbolçunun Florensiya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Xəbər xətti