"Rapid"in kapitanı "Neftçi"yə keçmək ehtimalı haqda: "Heç yerə getməyəcəm"

16:34 - 14 İyul 2023

Rumıniyanın “Rapid” (Buxarest) klubunun kapitanı Kristian Sapunaru baş məşqçisi Adrian Mutunun “Neftçi”ni seçməsinə münasibət bildirib.

Sportal.az GSP portalına istinadən xəbər verir ki, təcrübəli futbolçu Mutunun ayrılmasına baxmayaraq ən yaxşısı üçün çalışacaqlarını söyləyib: 

"Çətindir. Adrian Mutu çempionatın başlamasına altı gün qalmış “Rapid”dən ayrıldı. Amma ona ən yaxşısını arzulayıram. Biz yeni baş məşqçinin rəhbərliyi altında çempionatı yaxşı bitirməliyik".

39 yaşlı futbolçu “Neftçi”dən gələ biləcək təkliflə bağlı suala mənfi reaksiya verib: “40 yaşımda heç yerə getməyəcəm. İstənilən şərt altında”.

Xəbər xətti