Ukraynadakı azərbaycanlı: "Çalışıram ki, əsas heyətdə özümə yer edim"

12:18 - 15 İyul 2023

"Polesye"yə keçidimə görə şadam. Təkliflərim az deyildi. Amma sonda bu komandadan yana seçim etdim. Bu addımı atdığıma görə sevinirəm".

Bu sözləri Sportal.az saytına açıqlamasında Emil Mustafayev deyib.

"Aleksandriya"nı tərk edərək "Polesye"yə keçən azərbaycanlı futbolçu yeni komandasındakı vəziyyətindən söhbət açıb. Onun sözlərinə görə, Ukrayna klubunun əsas heyətində möhkəmlənə biləcək gücdədir:

"Hazırlıqlarımız yaxşı gedir. Çalışırıq ki, yeni sezona tam hazır olaq. Necə olacağını zaman göstərəcək. Amma mən çalışıram ki, əsas heyətdə özümə yer edim. İnanıram ki, yeni komandamda stabil oynaya biləcəm".

Azərbaycanın U-21 yığmasının sabiq üzvü bu yay "Aleksandriya"dan ayrılaraq "Polesye" klubuna keçib.

Mirbağırağa
 

Xəbər xətti