Qolbol milli komandamız Paralimpiya üzrə birinci Avropa oyunlarında iştirak edəcək.
Sportal.az xəbər verir ki, avqustun 8-dən 18-nə qədər Niderlandda keçiriləcək yarışda millimizin qrupdakı rəqibləri bəlli olub. Belə ki, yığmamız Niderland, İspaniya və Fransa ilə eyni qrupda yer alacaq.
İdmançılarımız ilk görüşünü avqustun 10-da ispanlara qarşı keçirəcək.
Qolbol yarışları avqustun 10-dan 14-ə kimi davam edəcək.
Qeyd edək ki, qolbol görmə qüsurları olanlar tərəfindən oynanılan idman növüdür və ilk dəfədir ki, Paralimpiya üzrə birinci Avropa oyunlarına daxil edilib.
saytlarin hazirlanmasi