"Neftçi"nin baş məşqçisi Adrian Mutu Sankt-Peterburqda keçirilən "Matç TV" turnirində Türkiyənin "Fənərbaxça" klubuna qarşı keçirilən oyundan (0:1) sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, rumıniyalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.
"Yaxşı matç oldu. Oyunumuzdan razı qaldım. Komandada ikinci gündür ki, işləyirəm. Tapşırıqlarımızı vermişdik. Hamısı yerinə yetirildi. İrəliləyəcəyik",
- Turniri “Neftçi” üçün necə qiymətləndirirsiz?
- Turnirin keyfiyyətindən razı qaldım. Xeyrimizə işləyəcək.
- Təyinatdan sonra komandanın əvvəlki baş məşqçisi Laurentsiu Regekampfla danışdınız, yoxsa bunu lazım saymadınız?
- Təbii ki, Laurentsiu Regekampfla "Neftçi"yə gəlməmişdən danışdım. Onunla uşaqlıqdan dostuq, bir yerdə oynamışıq. Yaxşı tanışıq. Burada biz sıfırdan yeni layihə həyata keçiririk. “Neftçi” bu il fərqli, daha güclü olacaq. Biz titullar üçün mübarizə aparacağıq. Təbii ki, ümumi mövzuları müzakirə etdik. Amma mənim üçün başqasının fikrinə düşməkdənsə, öz fikrimi başa düşmək və formalaşdırmaq vacibdir.
- Komanda 10 günə nə dərəcədə hazır olacaq?
- Hər bir məşqçi yeni mövsüm başlamazdan əvvəl hazırlaşmaq üçün daha çox vaxt istəyir.
- Mövsümün rəsmi startına qədər neçə transferi reallaşdırmaq istərdiniz?
- Güclü heyəti olan güclü komandanı çalışdırmaq istəyirəm. Bunun üzərində klubla işləyirik. Nə qədər oyunçu almaq istədiyimi deyə bilmərəm. İndi məndə olan futbolçuları qiymətləndirmək istərdim. Bir həftədən sonra yeni transferlərlə bağlı rəhbərliyə fikrimi bildirəcəm.
saytlarin hazirlanmasi