"Mançester Siti"nin müdafiəçisi "Lester"də

19:34 - 15 İyul 2023

"Mançester Siti"nin müdafiəçisi Kallum Doyl "Lester"ə keçir.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, futbolçu icarə əsasında "tülkülər"in düşərgəsinə qoşulacaq. Artıq tərəflər qarşılıqlı razılıq əldə edib.

Doyl ötən mövsümü "Koventri"də oynayıb.

19 yaşlı futbolçu "Mançester Siti" yetirməsidir. O, "Sanderlend"in də formasını geyinib.

Xəbər xətti