"Turan Tovuz" afrikalılarla iki dəfə oynayacaq

09:43 - 16 İyul 2023

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz"un yoxlama görüşlərindəki bütün rəqibləri bəlli olub.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tovuzlular "Simba" ilə iki oyun keçirəcək.

Tanzaniya klubu ilə iyulun 27-də səhər və axşam saatlarında iki qarşılaşma baş tutacaq.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyulun 17-də “Adana Dəmirspor”la, iyulun 22-də isə “Eyüpspor”la qüvvəsini sınayacaq. 

Xəbər xətti