"Neftçi"nin yollarını ayırdığı Solomon Kverkveliyanın yeni komandası bəlli olub. 

Sportal.az xəbər verir ki, gürcü futbolçu "Əl-Ohdud"la anlaşıb.

Bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçunun iki illik müqaviləyə qol çəkdiyi iddia edilir. Gürcüstan millisinin üzvü 2022-ci ilin yayında "Neftçi"yə keçmişdi.