"Araz Naxçıvan" ev oyunlarını Naxçıvanda keçirməyəcək

12:02 - 17 İyul 2023

Premyer Liqada mübarizə aparacaq "Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi məkan dəqiqləşib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublika stadionunda aparılacaq təmir işləri ilə əlaqədar komanda rəqiblərini oktyabra qədər müvəqqəti olaraq Mərdəkandakı “Dalğa Arena”da qəbul edəcək.

Qeyd edək ki, 2011-cu ildə istifadəyə verilən arenanın tutumu 6700 nəfərlik, meydanın örtüyü isə təbiidir.

Xəbər xətti