Xorvatiya millisinin qolkiperi Azərbaycan klubunda

14:18 - 17 İyul 2023

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” bugündən hazırlığa start verib.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu, paralel olaraq heyətini də gücləndirmək istiqamətində çalışır.

Baş məşqçi Vitali Borisovun istəyi ilə yeni qapıçı transfer olunub. Xorvatiya millisinin də üzvü olan Luka Pavloviç qarşıdakı bir il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün tər tökəcək. 25 yaşlı qolkiperin son klubu "AFC Universitas Split" klubu olub.  

Xəbər xətti