"Qarabağ"ın rəqibi Bakıya gəlir - FOTO

18:59 - 17 İyul 2023

Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Linkoln" klubu Azərbaycana gəlir.

Sportal.az xəbər verir ki, Cəbəllütariq təmsilçisini gətirən təyyarə Malaqa Hava Limanında Bakıya yola düşüb. Bu barədə klubun sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd edək ki, "Qarabağ" - "Linkoln" qarşılaşması iyulun 19-da saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Komandalar arasında Cəbəllütariqdə keçirilən ilk görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Xəbər xətti