İngiltərəli futbolçu "Beşiktaş"dan ayrıldı

21:16 - 17 İyul 2023

Natan Redmond Türkiyənin "Beşiktaş" klubundan ayrılıb.

Sportal.az xəbər verir ki, ingiltərəli vinger sosial şəbəkə hesablarında İstanbul təmsilçisi ilə vidalaşdığını açıqlayıb. O, kluba və azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, "Beşiktaş" Natan Redmondu 2022-ci ilin yayında "Sauthempton"dan transfer etmişdi. 29 yaşlı ön xətt oyunçusu "qara qartallar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti