Bu gün Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab görüşləri baş tutacaq.
Sportal.az xəbər verir ki, ilk gündə səkkiz oyun keçiriləcək. "Qarabağ"ın ikinci mərhələdəki rəqibi də bu gün bəlli olacaq. Belə ki, ilk görüşdə "Flora"nı evdə 1:0 məğlub edən "Rakuv" bu dəfə səfər matçına çıxacaq. Mərhələnin digər cavab görüşləri iyulun 19-da planlaşdırılıb.
Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunları
18 iyul
19:00. “Struqa” (Şimali Makedoniya) - “Jalgiris” (Litva)
İlk oyun - 0:0
21:00. “Flora” (Estoniya) - “Rakuv” (Polşa)
İlk oyun - 0:1
21:00. “Makkabi” (Hayfa, İsrail) - “Hamrun” (Malta)
İlk oyun - 4:0
21:00. "Şerif" (Moldova) - "Farul" (Rumıniya)
İlk oyun - 0:1
22:00. BATE (Belarus) - “Partizani” (Albaniya)
İlk oyun - 1:1
22:00. TNS (Uels) - "Haken" (İsveç)
İlk oyun - 1:3
22:00. "Jrinski Mostar” (Bosniya və Herseqovina) - “Urartu” (Ermənistan)
İlk oyun - 1:0
23:15. "Breydablik" (İslandiya) - "Şemrok Rovers” (İrlandiya)
İlk oyun - 1:0