"Linkoln"un baş məşqçisi: "Bakıya gəzməyə gəlməmişik"

19:07 - 18 İyul 2023

"Linkoln" Çempionlar Liqası I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

Sportal.az xəbər verir ki, Cəbəllütariq təmsilçisinin baş məşqçisi Xavi Munyoz matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bizi çox çətin oyun gözləyir. Matça onsuz da məğlub başlayacağıq. Bütün bunlara baxmayaraq, komandamıza inamımız böyükdür. Ümid edirəm ki, fərqli bir şey etyməyə nail olacağıq.

- "Linkoln"un Bakıya 16 saatlıq yol qət etməsi müzakirə edildi. Bu, oyununuza təsir edəcək?

- Düzdür, səfər uzun oldu. Amma sizin qeyd etdiyiniz qədər də uzun deyil. Klub çalışdı ki, bizim üçün rahat şərait yaratsın. Düşünmürəm ki, bu amil sabah oyunda bizə təsir etsin.

- Cavab oyununda "Qarabağ"ı nə ilə təəccübləndirəcəksiz?

- İlk oyunda qurduğumuz plan özünü doğrultdu. Hətta qələbə də qazana bilərdik. Sadəcə bəxtsizlik kimi qəbul edirəm qalib gələ bilməməyimizi. Sabah da xüsusi planlarımız var. Bakıya gəzməyə gəlməmişik. Planımı burada açıqlamayacam. "Qarabağ"ı sabah da təəccübləndirmək üçün hər şeyi edəcəyik.

Mirbağırağa

Xəbər xətti