Bu gün Çempionlar Liqasında birinci təsnifat mərhələsinə yekun vurulacaq.
Sportal.az xəbər verir ki, "Qarabağ" "Linkoln"la qarşılaşacaq. İlk görüşdə sürpriz şəkildə məğlub olan "Ludoqorets" bu dəfə "Balkani"ni Bolqarıstanda sınağa çəkəcək. "Astana" isə "Dinamo"nun qonağı olacaq. Farer adalarında "Klaksvik"ə qalib gələ bilməyən "Ferentsvaroş" rəqibi ilə evdə üz-üzə gələcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
19 iyul
19:00 "Valmiera" (Latviya) - "Olimpiya" (Sloveniya)
İlk oyun - 1:2
20:00 "Qarabağ" - "Linkoln" (Cəbəllütariq)
İlk oyun - 2:1
20:00 "Ferentsvaroş" (Macarıstan) - "Klaksvik" (Farer adaları)
İlk oyun - 0:0
20:00 "Dinamo" (Tbilisi, Gürcüstan) - "Astana" (Qazaxıstan)
İlk oyun - 1:1
22:00 "Ludoqorets" (Bolqarıstan) - "Balkani" (Kosovo)
İlk oyun - 0:2
22:00 "Svift" (Lüksemburq) - "Slovan" (Slovakiya)
İlk oyun - 1:1
22:30 "Larne" (Şimali İrlandiya) - HİK (Finlandiya)
İlk oyun - 0:1