Gürcüstan millisinin üzvü "Bavariya"ya keçir

11:44 - 19 İyul 2023

"Valensiya"nın qolkiperi Georgi Mamardaşvilinin "Bavariya"ya keçidi an məsələsidir.

Sportal.az "Ledaerspor"a istinadən xəbər verir ki, gürcünün Almaniya nəhənginə keçidi 99 faiz həll edilib. 

Çünki "İnter"ə getməli olan qapıçı Yan Sommerin Münhen komandasını tərk edəcəyi dəqiqləşib. Gürcü qolkiperlə münhenlilər arasında müqavilə 5 illik olacaq.

Ötən mövsüm 22 yaşlı Mamardaşvili "Valensiya"nın heyətində bütün yarışlarda 42 oyun keçirib, bu oyunda 49 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz qoyub. Yaxın günlərdə "Bavariya" transferi rəsmi olaraq açıqlayacaq.
 

Xəbər xətti