"Dinamo"nun futbolçusu Mahir Emreli Xorvatiya klubundan ayrıla bilər.
Sportal.az saytına etibarlı mənbədən verilən məlumata görə, millimizin üzvü Xorvatiya Superkubokunun "Hayduk"a qarşı matçında meydana çıxmayınca, Zaqreb klubunda qalmaq fikrindən daşınıb.
"Qarabağ" isə artıq ötən həftə Emreliyə təklif göndərib. Onunla danışıq aparılıb və geri qayıtması üçün təklif irəli sürülüb. Millimizin üzvü "Qarabağ"dan vaxt istəyib. Yaxın günlərdə millimizin üzvünün Azərbaycan çempionuna geri qayıdıb-qayıtmayacağı dəqiqləşəcək.
"Bakı"nın yetirməsi olan Mahir "Qarabağ", "Legiya" klublarında oynayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi