Türkiyə çempionu olmuş komanda heç bir liqada iştirak edə bilmir

10:36 - 20 İyul 2023

Türkiyənin köklü klublarından olan "Bursaspor" çətin günlər yaşayır.

Sportal.az xəbər verir ki, "ağ-yaşıllar" heç bir liqada iştirak edə bilmir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Hazırda II Liqada iştirak edən "Bursaspor" 57 milyon TL borcu olduğu üçün lisenziya ala bilməyib. Bundan əlavə klub transfer də edə bilmir. Məsələ həll olunmasa, "timsahlar" 2023/2024 mövsümündə çempionatda iştirak edə bilməyəcək.

Qeyd edək ki, "Bursaspor" 1963-cü ildə yaradılıb. Komanda 2009/2010 mövsümündə Türkiyə çempionluğunu qazanıb.

Xəbər xətti