"Liverpul"un futbolçusu Cordan Henderson Səudiyyə Ərəbistanına yollanmağa yaxındır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, ingiltərəli futbolçu "Əl-İttifaq"a keçməyə hazırlaşır.

O, tibbi müayinədən keçmək üçün Səudiyyə Ərəbistanına yollanacaq.

Hendersonun həftəlik maaşı 800 min avro maaş olacaq. "Əl-İttifaq"ın baş məşqçisi “Liverpul”un keçmiş futbolçusu Stiven Cerrarddır.