"Atletiko"dan Premyer Liqaya qayıtdı

12:52 - 22 İyul 2023

"Atletiko"dan ayrılan Mett Doerti karyerasını yenidən Premyer Liqada davam etdirəcək.

Sportal.az xəbər verir ki, irlandiyalı sağ cinah müdafiəçisi "Vulverhempton"a keçib. Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

"Vulverhempton" azad agent statusunda olan 31 yaşlı arxa xətt oyunçusu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Mett Doerti "Atletiko"ya bu ilin yayında "Tottenhem"dən keçmişdi. Təcrübəli futbolçu Madrid təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti