"Qarabağ"ın ÇL-dəki rəqibi ilk turda qələbə qazandı - VİDEO

09:32 - 23 İyul 2023

"Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi "Rakov" Polşa çempionatına qələbə ilə start verib. 

Sportal.az xəbər verir ki, ötən mövsümün çempionu evdə "Yagelloniya" ilə üz-üzə gəlib. Qarşılaşma "Rakov"un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, "Qarabağ"la "Rakov" arasında ilk matç iyulun 26-da Polşada, cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.

Xəbər xətti