Latviya çempionatında 23-cü turun matçları davam edir.
Sportal.az xəbər verir ki, Ramin Nəsirli və Nazim Həsənzadənin formasını geyindiyi “Dauqavpils” “Valmiera”nın qonağı olub.
Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
Start heyətində meydana çıxan Nəsirli 90+5-ci dəqiqədə əvəzlənib. Həsənzadənin adı isə sifariş edilməyib. “Dauqavpils” 25 xalla 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi