"Neftçi" növbəti transferi reallaşdırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar” Mark Tamaşla anlaşıb.
Bakı klubu 29 yaşlı macar müdafiəçi ilə iki illik müqavilə imzalayıb.
Tamaş 4 nömrə ilə futbolkada çıxış edəcək. O, son olaraq Rumıniyanın “Sepsi” klubunda oynamışdı.
saytlarin hazirlanmasi