Almaniya millisinin sabiq üzvü Emre Can iş yerini dəyişməyib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi "Borussiya"da qalıb. Bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb.
Onunla müqavilə müddəti uzadılıb. Can 2026-cı ilə qədər “Borussiya”ya məxsus olacaq. 29 yaşlı futbolçu “Bavariya”, “Bayer”, “Liverpul” və “Yuventus”da oynadıqdan sonra 2020-ci ildə hazırkı komandasına keçmişdi.