Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün sonuncu yoxlama matçına çıxacaq. 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Tanzaniyanın "Simba" klubu ilə qarşılaşacaq. 

Matç Bakı vaxtı ilə 17:00-da başlayacaq. 

"Zirə" daha əvvəl "Fatih Karagümrük"lə 0:0 oynamışdı.