Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Sportal.az xəbər verir ki, pley-offa yüksəlmək üçün aşağıdakı cütlüklər üz-üzə gələcək:
Çempionlar Yolu
“Rakov” (Polşa) / “Qarabağ” (Azərbaycan) cütünün qalibi - “Aris” (Kipr) / BATE (Belarus) cütünün qalibi
“Zrinski” (Bosniya və Herseqovina) / “Slovan” (Slovakiya) cütünün qalibi - “Şerif” (Moldova) / “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi
AEK (Yunanıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) / “Astana” (Qazaxıstan) cütünün qalibi
“Ludoqorets” (Bolqarıstan) / “Olimpiya” (Sloveniya) cütünün qalibi - “Jalgiris” (Litva) / “Qalatasaray” (Türkiyə) cütünün qalibi
“Breydablik” (İslandiya) / “Kopenhagen” (Danimarka) cütünün qalibi - “Sparta” (Praqa, Çexiya)
“Klaksvik” (Farer adaları) / “Haken” (İsveç) cütünün qalibi - HİK (Finlandiya) / “Molde” (Norveç) cütünün qalibi
Liqa yolu
“Braqa” (Portuqaliya) - TSÇ (Serbiya)
“Reyncers” (Şotlandiya) - “Servett” (İsveçrə) / “Genk” (Belçika) cütünün qalibi
“Dnepr-1” (Ukrayna) / “Panatinaikos” (Yunanıstan) cütünün qalibi - “Marsel” (Fransa)
PSV (Niderland) - “Ştrum” (Avstriya)
saytlarin hazirlanmasi