Bu gün Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək. 

Sportal.az xəbər verir ki, Türkiyə çempionu olan "Qalatasaray" da bu sezon ilk matçına çıxacaq. İstanbul təmsilçisi "Jalqris"in qonağı olacaq.  "Qarabağ" isə "Rakuv"la sabah üz-üzə gələcək. 

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar

25 iyul

20:00 "Jalgiris" (Litva) - "Qalatasaray" (Türkiyə)
20:00 HİK (Finlandiya) - "Mölde" (Norveç)
22:00 "Dnipro-1" (Ukrayna) - "Panatinaikos" (Yunanıstan)
22:00 "Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan)
22:30 "Servett" (İsveçrə) - "Genk" (Belçika)
23:00 "Jrinski Mostar" (Bosniya və Herseqovina) - "Slovan" (Slovakiya)
23:15 "Breydablik" (İslandiya) - "Kopenhagen" (Danimarka)