"Fənərbaxça"nın sabiq futbolçusu Semih Şentürkün yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, veteran hücumçu İstanbul təmsilçisində çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 40 yaşlı mütəxəssis "Fənərbaxça"nın U-19 komandasının baş məşqçisi təyin olunub.
Qeyd edək ki, Semih Şentürk "Fənərbaxça"nın yetirməsidir. Türkiyə millisinin keçmiş üzvü "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 205 rəsmi matçda 56 qol vurub.
saytlarin hazirlanmasi