"Beşiktaş"ın futbolçusu qəza keçirdi

19:15 - 25 İyul 2023

"Beşiktaş"ın futbolçusu Umut Meraş avtomobil qəzası keçirib.

Sportal.az xəbər verir ki, hadisə İstanbulun Çekmeköy bölgəsində baş verib. Bu barədə "qara qartallar"ın mətbuat xidməti məlumat yayıb.

Futbolçu qəzada hər hansı xəsarət almayıb. Lakin onun avtomobili ciddi ziyan görüb.

Qeyd edək ki, "Beşiktaş" Umut Meraşı 2021-ci ilin yayında Fransanın "Lö Havr" klubundan transfer edib. 27 yaşlı sol cinah müdafiəçisi İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti