Bu gün Qəbələdə Konfrans Liqasının ikinci təsnifat mərhələsinin "Qəbələ" - "Omoniya" görüşü keçiriləcək.

Sportal.az saytının Qəbələyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Nikosiya təmsilçisi bu oyunda tək qalmayacaq.

Belə ki, stadionda 15-ə yaxın kiprli azarkeş "Omoniya"nı dəstəkləyəcək.

Matç 20:00-da start götürəcək.