"Porto" "Barselona"dan oyunçu transfer edib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Niko Qonzales Portuqaliya klubunda oynayacaq. 

İspaniyalı yarımmüdafiəçi 2028-ci il iyunun 30-na qədər "Porto"ya məxsus olacaq.

Portuqaliya nəhəngi Niko üçün 8,4 milyon avrosundan keçib. O, yeni klubunda 16 nömrəli forma ilə çıxış edəcək.