"Çelsi" növbəti yoxlama oyunu keçirib.

Sportal.az xəbər verir ki, London təmsilçisi Premyer Liqaya geri qayıdan "Fulhem"lə üz-üzə gəlib. Matç "zadəganlar"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Maurisio Poçettinonun rəhbərlik etdiyi kollektivə qələbə qazandıran qolları Tiaqo Silva və Ben Çilluel vurub.