"Sabah" basketbol klubunda yeni təyinat gerçəkləşib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elşən Yusubov klubun idman direktoru təyin olunub.

Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Yusubov ötən mövsüm "Sabah"a baş məşqçi postunda Azərbaycan çempionluğu qazandırıb.