"Qarabağ" Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Rakuv"u qəbul edəcək.
Sportal.az xəbər verir ki, Polşa klubu ilə matç üçün bilet satışı davam edir. Artıq qarşılaşma üçün 22 min bilet satılıb. Bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Qarabağ" - "Rakuv" görüşü 2 avqust tarixində saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi