"Qalatasaray" - "Fənərbaxça" matçı Bakıda keçirilə bilər: "Aidiyyatı şəxslərlə əlaqə saxlayacağıq"

16:56 - 31 İyul 2023

SOCAR-la sponsorluq müqaviləsi imzalayan "Qalatasaray"ın prezidenti Dursun Özbək tədbir zamanı Türkiyə Super Kuboku haqda danışıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin rəhbəri bu matçın Bakıda keçirilməsinin tərəfdarı olduğunu bildirib:

"Super Kubok finalının Bakıda oynanılması Türkiyə Futbol Federasiyasının (TFF) verəcəyi qərardır. Orada gördüyümüz diqqət Türkiyədəkindən fərqli deyil. Əlbəttə, çox yaxşı olar. Azərbaycandakı qardaşlarımızı da məmnun edərik. Bu mövzu ilə bağlı aidiyyatı şəxslərlə əlaqə saxlayacağıq. İnşallah olar".

Qeyd edək ki, Türkiyə Super Kuboku uğrunda son ölkə çempionu "Qalatasaray"la ölkə kubokunu qazanan "Fənərbaxça" üz-üzə gələcək. TFF qarşılaşmanın yanvar ayında baş tutacağını açıqlayıb. Lakin oyunun dəqiq tarixi barədə məlumat verilməyib.

Xəbər xətti