Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Rakuv" cavab görüşü üçün Azərbaycana gəlir.
Sportal.az xəbər verir ki, Polşa təmsilçisini gətirən təyyarə bir neçə dəqiqə əvvəl hava limanından Bakıya yola düşüb.
Çestohova təmsilçisi sabah saat 19:00-da Bakı Olimpiya Stadionunda oyunöncəsi son məşqini həyata keçirəcək. Bundan yarım saat əvvəl isə baş məşqçi David Şvarqanın mətbuat konfransı olacaq.
Qeyd edək ki, "Qarabağ" - "Rakuv" görüşü 2 avqust tarixində saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq. Komandalar arasında Polşada baş tutan ilk oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi